COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb Hindistanda

COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb Hindistanda

Ötən gün Hindistanda COVID-19 infeksiyasına 73 min 792 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 7 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 7 milyonu ötən ikinci ölkədir. SİA Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyası səbəbindən 926 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 108 min 286-ya çatıb.

Artıq iki aydır ki, Hindistan koronavirus pandemiyasının yeni episentrinə çevrilib. Avqustun əvvəlindən bəri sutkalıq ən çox yoluxma və ölüm Hindistanda qeydə alınır.

Hindistan hazırda ümumi yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından üçüncü sıradadır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə