Nepalda ötən sutka ərzində COVID-19 virusuna yoluxma sayı ilk dəfə 5 mini ötüb

Nepalda ötən sutka ərzində COVID-19 virusuna yoluxma sayı ilk dəfə 5 mini ötüb

Nepalda ötən sutka ərzində COVID-19 virusuna yoluxma sayı ilk dəfə 5 mini ötüb.

SİA pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, ötən sutka qeydə alınan 5008 yoluxma ilə birlikdə ümumi yoluxma sayı 105 min 684-ə çatıb. Pandemiya qurbanlarının sayı isə 614-dür. Hazırda Nepalda 30 mindən çox aktiv xəstə var.

Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra sutkalıq yoluxma sayında artım müşahidə edilir. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır.

Bütün xəbərlər Facebook səhifəmizdə