Ermənistanda koronavirusa yoluxanların sayı 55 736 nəfərə çatıb.
Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 649 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 016 nəfər koronavirusdan ölüb, 8 646 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB