Meksikada yaşayış evinə qumbara atılıb: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Meksikada yaşayış evinə qumbara atılıb: 6 nəfər ölüb, 2 nəfər yaralanıb

Meksikanın qərbindəki Xalisko ştatının Tonala bölgəsində bir yaşayış evinə edilən hücum nəticəsində altı nəfər ölüb, daha iki nəfər ağır yaralanıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, naməlum cinayətkarlar hücum zamanı qumbaradan istifadə ediblər ki, bu da binada olan qaz balonunun partlaması və yanğınla nəticələnib.

Hadisə yerinə gələn prokurorluq əməkdaşları orada avtomatik silahlardan atılmış təxminən 200 patron gilizi, beş əl qumbarası və külli miqdarda pul aşkar ediblər. İstintaqın əsas versiyasına görə, insidentin səbəbi torpaq sahələrinin satılması ətrafında yaranmış münaqişədir.

Bütün xəbərlər Facebook səhifəmizdə