Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə qarşı sui-qəsd törədilib. SİA-nın məlumatına görə, bunu eks-prezidentin müşaviri Kunduz Joldubayeva deyib.
O bildirib ki, Bişkekdə davam edən etiraz aksiyası zamanı naməlum şəxslər A.Atambayevin olduğu avtomobili atəşə tutub. Onun xəsarət almadığı deyilir.
Hadisənin təfərrüatları barədə araşdırma başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB