Misirin keçmiş prezidenti Hüsnü Mübarək üç saatdan çox ölkənin Ədliyyə Nazirliyinin yanında iqtisadi cinayətlər üzrə komitənin müstəntiqləri dindirib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan sonra onun həbs müddətinin daha 15 gün artırılması barədə qərar çıxarılıb. Sabiq prezidentin xanımı Syuzan Sabitində dindirilməsi bu günə təyin olunub. Ədliyyə Nazirliyinin müstəntiqləri keçmiş prezidenti və onun xanımını Şarm əl-Şeyx şəhərinin beynəlxalq hospitalında dindirirlər.
Qeyd edək ki, Mübarəki və onun yaxınlarını qeyri-qanuni varlanmaqda və xidməti vəzifələrindən sui-istifadə etməkdə ittiham edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB