Ermənistan böhran vəziyyətində - COVID-19

Ermənistan böhran vəziyyətində  - COVID-19

Ermənistanda son sutka ərzində 614 nəfərə COVID-19 diaqnozu qoyulub.

SİA xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 55 min 87-yə yüksəlib.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi ölənlərin sayının 6 nəfər artaraq 1010-a çatdığını açıqlayıb.

Hazırda Ermənistanda 8 min 246 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, Ermənistanda fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə