Kanadada koronavirusa yoluxanların sayı təxminən 175,6 min nəfərə çatıb
Kanadada koronavirusa yoluxanların sayı son bir gündə 2436 nəfər artaraq 175 559 nəfərə çatıb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
Beləliklə, Kanadada bu göstərici üzrə yeni rekord yoluxma halı qeydə alınıb (ötən rekord göstərici 6 oktyabrda qeydə alındı - 2 363 hal).
Ölkədə 9 557 ölüm halı qeydə alınıb, son 24 saat ərzində 16 xəstə öldü. 7,9 milyon Kanadalı koronavirus ilə bağlı testdən keçib, 147 5 min insan sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB