Türkiyədə son 24 saat ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 667 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1615 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 330 753 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 398 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 290 352 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə