Dağıstanın Aqul rayonuna naməlum bir raket düşərək partlayıb. SİA-nın xəbərinə görə, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.
Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Partlayış nəticəsində 15-20 metr diametrində bir krater əmələ gəlib.
Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.
Hal-hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.
Qeyd edək ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Rayonun ərazisində 10 mindən çox sakin yaşayır.
Xatırladaq ki, oktyabrın 4-də Ermənistan silahlı qüvvələri Xızı və Abşeron rayonlarına iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB