Pentaqon rəsmisi tərəfləri danışıqların bərpasına dəvət edib

Pentaqon rəsmisi tərəfləri danışıqların bərpasına dəvət edib

“Ermənistana hərbi dəstəyimizi münaqişə ilə bağlı olmayacaq formada qurmuşuq”. SİA-nın məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında bildirilib.

“Anadolu” agentliyinə açıqlama verən Pentaqon sözçüsü Tomas Kampbell bildirib ki, vəziyyət olduqca dəyişkəndir və nazirlik hadisələri yaxından izləyir: “Şiddəti qınayır və dünyasını dəyişənlərin, yaralananların ailələrinə başsağlığı diləyirik”.

Kampbell tərəfləri danışıqların bərpasına dəvət edib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 27 sentyabrda atəşkəs rejimini pozaraq təmas xəttinin cəbhəboyu istiqamətlərində Azərbaycanın mülki yaşayış obyektləri və dinc əhalisini ağır artilleriya ilə atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab zərbələri endirmək üçün əks-hücum əməliyyatlarına başlayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə