Qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 60-ı ötüb

Qonşu ölkədə COVID-19-dan ölənlərin sayı 60-ı ötüb

Gürcüstanda son sutkada koronavirusdan 4 ölüm faktı qeydə alınıb.

SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 səbəbindən vəfat edənlərin sayı 62 olub.

Xəstəlikdən sağalanların sayı isə son 24 saat ərzində 348 nəfər artaraq 5 235-ə çatıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə