Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alındı

Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alındı

Ermənistanda koronavirusa yoluxanların sayı 53 755 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 672 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 995 nəfər koronavirusdan ölüb, 7 348 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə