COVID-19-a yoluxanların sayı 36 milyonu ötdü

COVID-19-a yoluxanların sayı 36 milyonu ötdü

Koronavirus pandemiyası ərzində dünyada COVID-19-a yoluxma hallarının sayı 36 milyonu ötüb.

Bu barədə SİA ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Son məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 36 023 475-yə çatıb.

Qeyd edilir ki, COVID-19-dan artıq 27,1 milyon insan sağalıb. Pandemiya ərzində təhlükəli infeksiya 1 053 837 insanın həyatına son qoyub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə