Qara dənizin hava məkanında gərgin anlar yaşanıb. SİA xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı 4 ingilis təyyarəsinin qarşısını alıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumatda ingilis təyyarələrinin “RC-135” strateji kəşfiyyat, 2 ədəd “Typhoon” qırıcısı və “KC-3” tanker təyyarəsi olduğu bildirilib. Təyyarələr ölkənin hava məkanını icazəsiz pozduğu üçün əngəllənib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB