Böyük Britaniya Ukraynaya 6,5 milyon dollar məbləğində humanitar yardım edəcək

Böyük Britaniya Ukraynaya 6,5 milyon dollar məbləğində humanitar yardım edəcək

Böyük Britaniya Ukraynaya silahlı qarşıdurma və pandemiyadan zərərçəkən bölgələri dəstəkləmək üçün 5 milyon funt sterlinq (6,5 milyon dollar) məbləğində humanitar yardım edəcək.

SİA-nın "TASS" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, yardımın ayrılması barədə Ukrayna prezidenti Vladimir Zelenskinin Londona səfəri zamanı (7-8 oktyabr) elan ediləcək.

Qeyd edilir ki, səfər zamanı tərəflər sərbəst ticarət və strateji tərəfdaşlıq haqqında ikitərəfli razılaşmalar imzalayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə