Pakistanda baş verən terror aktında 30-dan çox adam yaralanıb

Pakistanda baş verən terror aktında 30-dan çox adam yaralanıb

Pakistanın şimal-qərbində baş verən iki partlayış nəticəsində azı 70 nəfər ölüb, 30-dan çox adam yaralanıb.SİA-nın "Lenta.ru"-ya istinadən verdiyi məlumata görə, hadisə Peşavər şəhərindən 30 km aralıda, hərbi polis dəstəsinin hazırlıq mərkəzinin ərazisində baş verib. Ölənlərin çoxu bu mərkəzdə təlim keçən hərbçilərdir. Müdavimlər onları evlərinə daşıyacaq avtobuslara əyləşərkən partlayış olub. İlk partlayış kamikadze tərəfindən törədilib. İkinci bombanın kim tərəfindən partladıldığı hələlik bəlli deyil.

 

Taliban hərəkatının Pakistan bölməsi terrora görə məsuliyyəti öz üzərinə götürüb. Taliblər bildiriblər ki, bu aksiya Üsamə bin Ladenin öldürülməsinə cavab olaraq ilk qisas aktıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə