İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu tərəfindən təcavüzə uğradığını iddia edən amerikalı model Ketrin Mayorqa əqli qabiliyyət testindən keçəcək.
SİA-nın "Mirror" nəşrinə istinadən xəbər verir ki, prosedur qadının baş vermiş hadisəni açıqlamamaq üçün ona təklif olunmuş 375 000 ABŞ dollarını alarkən bütün şərtləri başa düşüb-düşməməsini müəyyənləşdirmək üçündür.
36 yaşlı model bu müqavilənin şərtlərini yetərincə anlamadığını sübut etməyə çalışır. Qadın bu məqsədlə Las-Veqas məhkəməsinə çıxacaq. O, istəyinə çatsa, 35 yaşlı forvard açıq iclasda ifadə vermək üçün məhkəməyə çağırıla bilər.
Qeyd edək ki, 3 il öncə "Spiegel" nəşri Kriştianu Ronaldunun 2010-cu ildə təcavüz ittihamlarından yayınmaq üçün Ketrin Mayorqaya 375 000 ABŞ dolları ödədiyini yazıb. Hadisənin 2009-cu ilin yayında futbolçunun qardaşı və əmisi oğlu ilə birlikdə tətildə olduğu Las-Veqasda baş verdiyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB