Azərbaycanlı ABŞ-da 7 erməninin öhdəsindən gəldi

Azərbaycanlı ABŞ-da 7 erməninin öhdəsindən gəldi

ABŞ-da həmvətənimiz ermənilərin hücumuna məruz qalıb. SİA xəbər verir ki, hadisə Nyu-York şəhərində baş verib və hadisə şahidləri baş verənləri mobil telefonun kamerası ilə qeydə alaraq videogörüntüləri sosial şəbəkələrdə yerləşdiriblər.
Videogörüntülər təsdiq edir ki, ABŞ-da, Bruklində Azərbaycan bayrağının olduğu şəxsi avtomobili ilə hərəkət edən azərbaycanlı gənc bir qrup erməninin hücumuna məruz qalıb. Belə ki, yeddi nəfər erməni həmvətənimizə və onun avtomobilinə zərbələr endirib. Nəticədə, azərbaycanlı gənc başından yüngül xəsarət alıb. Videogörüntüdə həmvətənimizin təkbaşına yeddi erməni ilə əlbəyaxa dalaşdığı, onlara layiqli cavab verdiyi görünür. Həmçinin, onun polislə əlaqə saxladığını görən ermənilərin qaçaraq ərazidən uzaqlaşdığı da videoda öz əksini tapıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə