NATO-nun hərbi gəmiləri Misurata limanı yaxınlığında Qəddafi qüvvələrinin gəmilərini atəşə tutub. SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Kanadaya məxsusu olan "Sharlottetown" hərbi gəmisi Böyük Britaniya və Fransa hərbi gəmiləri ilə birgə Liviyanın Misurata limanına yaxınlaşmağa cəhd edən Qəddafi güvələrinə məxsus gəmiləri atəşə tutub. NATO rəsmiləri bildiriblər ki, Qəddafiyə sadiq hərbi bölmələr Qərb koalisiyasının gəmilərini sahildən artilleriya və zenit silahdan atəş açıblar.
Buna baxmayaraq hökumət gəmiləri geri çəkilməyə məcbur olublar. Bu Qəddafi qüvvələrinin dəniz əməliyyatı keçirməyə dair ikinci cəhddir. İki həftə əvvəl onlar Misurata limanını minalamağa cəhd etmişdilər. Lakin NATO gəmiləri bunun qarşısını almışdı və gəmilərin limanına daxil olmasına şərait yaratmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB