Qırğızıstanın keçmiş prezidenti nümayişçilər tərəfindən təcridxanadan azadlığa buraxılıb
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin təcridxanasından nümayişçilər tərəfindən azadlığa buraxılıb.
SİA xəbər verir ki, siyasətçi bir qrup etirazçı ilə Komitə rəhbərliyi arasında aparılan danışıqlardan sonra azadlığa çıxıb.
Bundan əvvəl parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar prezident administrasiyası və parlamentin yerləşdiyi binanı zəbt ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB