İki amerikalı, bir britaniyalı - Nobel mükafatının qalibləri

İki amerikalı, bir britaniyalı - Nobel mükafatının qalibləri

Bu gün İsveçin paytaxtı Stokholmda 2020-ci il Nobel həftəsi çərçivəsində tibb və fiziologiya üzrə mükafat təqdim olunub. SİA-nın məlumatına görə, bu il bu mükafatı amerikalı Harvi Alyer və Çarlz Rays, britaniyalı Maykl Houton əldə edib.

Onlar hepatit C virusunun aşkar olunması və bu xəstəliyin müalicəsi istiqamətində nailiyyətlərə görə mükafata layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 6-da fizika, oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, oktyabrın 9-da sülh və oktyabrın 12-də iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə