Kolumbiyalı lotereyada 14 milyon dollar uddu

Kolumbiyalı lotereyada 14 milyon dollar uddu

Kolumbiyanın Kali şəhər sakini lotereyada 56,5 milyard peso, 14 722 092 ABŞ dolları udub.

SİA-nın xəbərinə görə, bu barədə ölkədə lotereyalar təşkil edən “Baloto Revancha” şirkəti məlumat yayıb.

Kali sakininin lotereya cekpotunun 102-ci qalibi olduğu qeyd edilib. Qalibin adı təhlükəsizlik səbəbindən açıqlanmır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə