Xəzərdə dəniz piyadasının iştirakı ilə 100 iri döyüş təlimi keçirilib

Xəzərdə dəniz piyadasının iştirakı ilə 100 iri döyüş təlimi keçirilib
Rusiya Hərbi Dəniz Donanmasının Xəzər donanmasının dəniz piyadaları qış mövsümünün əvvəlindən döyüş atışı ilə 100-dən çox iri taktiki təlim keçiriblər.
SİA-nın Trendə istinadən verdiyi məlumatına görə, dəniz piyadasının bölmələri poliqonlarda müxtəlif səviyyəli döyüş atışı ilə 100-dən çox taktiki təlim keçiriblər, paraşütdən 400-dən çox tullanış ediblər, döyüş maşınlarını sürməsi proqramı 100 faiz yerinə yetirilib.
Bundan başqa, Dağıstanda "Adanak" poliqonunda dəniz desantının və üzən texnikanın çıxarılması ilə irimiqyaslı taktiki təlimlər keçirilib.
Ddonanmanın gəmiləri həmin dövrdə dənizə 60-dan çox çıxış ediblər, bu isə ötən ilin göstəricisini xeyli üstələyir.
40-dan çox kurs tapşırığı işlənilib, 50-dən çox artilleriya atışı və mina əleyhinə məşqlər aparılıb
Donanma komandanı kontr-admiral Sergey Alekminskinin sözlərinə görə, "donanmanın birləşmələri, hərbi hissələri və təşkilatları döyüşə hazırdırlar və təyinatı üzrə tapşırığı yetirmək iqtidarındadırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə