Böyük Britaniyada sutka ərzində 13 minə yaxın koronavirusa yoluxma halı aşkar edilib

Böyük Britaniyada sutka ərzində 13 minə yaxın koronavirusa yoluxma halı aşkar edilib

Böyük Britaniyada sutka ərzində 12 872 koronavirusa yoluxma halı aşkar edilib. Bu da Birləşmiş Krallıq üçün rekord göstərici sayılır.

SİA-nın məlumatına görə, bu barədə hökumətin məlumat saytında bildirilib.

Bildirilib ki, əvvəlki rekord - 7 143 yoluxma halı 29 sentyabr tarixində qeydə alınıb.

Ölkədə rəsmi olaraq qeydə alınan infeksiya hadisələrinin ümumi sayı 480 mini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə