Ermənistanda koronavirusa yoluxanların sayı 51 925 nəfərə çatıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 543 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 972 nəfər koronavirusdan ölüb, 6 068 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB