Koronavirusa yoluxan Tramp bir neçə gün hərbi hospitalda müalicə alacaq

Koronavirusa yoluxan Tramp bir neçə gün hərbi hospitalda müalicə alacaq

Koronavirusa yoluxan ABŞ Prezidenti Donald Tramp bir neçə gün “Walter Reed” hərbi hospitalda müalicə alacaq.

SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Kaylet Makinani deyib.

Trampda yeni virusun yüngül simptomlar müşahidə edildiyini deyən mətbuat katibi prezidentin yaxşı əhval-ruhiyyədə olduğunu, hətta bütün günü işlədiyini vurğulayıb. “Prezidentin iştirakı ilə keçirilən bütün seçkiqabağı tədbirlərin təxirə salınmasına və ya onlayn formadta keçirilməsinə qərar verilib”.

Qeyd edək ki, Tramp cümə günü həyat yoldaşının və özünün koronavirus testinin müsbət olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə