Çexiyada son sutka ərzində 3 493 nəfər yeni növ koronavirusa yoluxub və bu, pandemiyanın başlanğıcından bəri gündəlik yoluxma üzrə yeni rekord olub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Əvvəlki rekord sentyabrın 17-də qeydə alınmışdı: yarım ay əvvəl bir günə 3 126 yoluxma aşkarlanmışdı.
Çexiyada ümumilikdə 74 255 nəfər koronavirusa yoluxub, 34 186 nəfər sağalıb və 768 nəfər ölüb. Oktyabrın 5-dən etibarən ölkədə fövqəladə vəziyyət rejimi qüvvəyə minəcək.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB