Moskva platforması danışıqlar üçün hazırdır - Lavrovdan ÇAĞIRIŞ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla telefonla danışıb. SİA xəbər verir ki, telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyət müzakirə edilib.

Rusiyalı XİN başçısı tərəfləri sülhə və silahlı mübarizədən çəkinməyə çağırıb. Lavrov genişmiqyaslı hərbi əməliyyatlardan narahat olduğunu dilə gətirib.

Bundan əlavə tərəflərə Rusiyanın Moskva platformasının danışıqlar üçün hazır olduğu bildirilib.

Lavrov Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmalı olduğunu qeyd edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə