Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına məktub ünvanlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrə məktub ünvanlayıb. SİA xəbər verir ki, məktubdaTürkiyə-Ai əlaqələri və bu əlaqələrin inkişafında Türkiyənin cəhdlərindən bəhs edilib.

Məktubda bildirlib ki, Türkiyə, Şərqi Aralıq dənizində beynəlxalq dəniz qanunlarına uyğun sərhədləndirilməsinin, bu ərazidəki karbohidrogen yataqlarının ədalətli şəkildə bölüşdürülməsinin, regionda sülh və sabitliyin yaradılmasının tərəfdarıdır, bu məqsədlə də Yunanıstanla qeyd-şərtsiz dialoqa hazırdır.

Qeyd edək ki, məktub Yunanıstan və Şimali Kipr xaric Aİ-yə üzv olan digər ölkə rəhbərliklərinə ünvanlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə