Azərbaycan və Ermənistana çağırış - Belarus hazırdır

Belarus Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ məsələsində dialoqun təşviqi üçün vasitəçilik etməyə hazırdır. SİA-nın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Açıqlamada münaqişə tərəflərinə hərbi əməliyyatları dayandırmaq, silah istifadəsindən imtina və vəziyyəti sülh yolu ilə həll etmək üçün yollar tapmaq tövsiyə olunub.

Nazirliyinin bəyanatında rəsmi Minskin vəziyyətin kəskin gərginləşməsindən və Dağlıq Qarabağ münaqişəsi zonasında ağır silah və aviasiya istifadəsi ilə aktiv döyüş əməliyyatlarından çox narahat olduğu da qeyd edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə