İranda koronavirusa yoluxanların sayı 450 min nəfərə çatır

İranda ötən sutka ərzində 3 512 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 449 960 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 068 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 190 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 25 779 nəfərə çatıb.

Sadat Lari bildirib ki, indiyədək İranda 376 531 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,95 milyondan çox diaqnoz testi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...