Liviyada nümayişçilər “Misrata” hava limanını ələ keçirib

Liviyada nümayişçilər “Misrata” hava limanını ələ keçirib
Liviyada nümayişçilər "Misrata" hava limanını ələ keçirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, tərəflərdən neçə nəfərin öldüyü barəsində dəqiq məlumat yoxdur. Lakin bütün bunlara baxmayaraq hava limanının ələ keçirilməsini nümayişçilər böyük uğur hesab edir. Belə ki, "Misrata" hava limanı tutulmamışdan qabaq nümayişçilər yalınız liman vasitəsi ilə digər dövlətlərlə əlaqə saxlaya bilirdilər. Eyni zamanda NATO qüvvələri Liviyada hərbi əməliyyatlarının ikinci fazasına start verib. Hədəf isə Müəmmar Qəzzafi rejiminə məxsus komanda məntəqələridir

Bütün xəbərlər Facebook səhifəmizdə