Qəzzafi yoxa çıxıb
NATO qüvvələri Liviyada hərbi əməliyyatlarının ikinci fazasına start verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hədəf Müəmmar Qəzzafi rejiminə məxsus komanda məntəqələridir. Bütün bu hadisələrin fonunda 10 gündən artıqdır ki, Qəzzafi yoxa çıxıb. Eyni zamanda NATO-nun Liviyadakı birləşmiş komandanlığının nümayəndəsi, italiyalı general Klaudio Qabellini Qəzzafinin yeri haqda onlarda heç bir məlumatın olmadığını söyləyib. Liviya hökuməti isə liderin bir müddət əvvəl NATO əməliyyatları nəticəsində həlak olmuş oğluna yas saxladığını, bu üzdən Tripolidəki iqamətgahından çıxmadığını bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə