İran edam üzrə rekord qıracaq

İran edam üzrə rekord qıracaq
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya və Qoşaçay (Miyandab) şəhərlərinin zindanlarında narkotik maddələrin satışında və qaçaqmalçılığında günahlandırılan 8 nəfər dar ağacından asılıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İnqilab məhkəməsinin ölümə məhkum etdiyi məhbuslardan 5-i Urmiyada, 3-ü isə Qoşaçay şəhərinin zindanında dar ağacından asılıb. Qeyd edək ki, bununla da İranda dar ağacından asılanların sayı 45-i ötüb. Belə ki, bu rəqəm ötən il ərzində asılanların sayına bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə