Suriya höküməti nümayişlərin yatırılması üçün ağır artileriyadan istifadə edir

Suriya höküməti nümayişlərin yatırılması üçün ağır artileriyadan istifadə edir
Suriya höküməti nümayişlərin yatırılması üçün tanklar və zirehli maşınlardan istifadə etməyə başlayıb. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi xəbərə görə, Homs şəhərinə daxil olan hərbçilər yaşayış rayonlarını atəşə tutublar. Şəhərdə su, işıq və tibbi ləvazimatlar yoxdur. Eyni zamanda Homs şəhəri üç-dörd hissəyə ayrılaraq hər birinin giriş-çıxışında yoxlamalar aparılır və ərazini tərk etmək qadağan olunub. Qeyd edək ki, Bəşər Əsədin istefası tələbi ilə etirazların başlamasından bəri ölkədə 630-dan çox dinc sakinin öldüyünü, 9 minədək adamın isə həbs olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə