Yaponiyada 5,3 bal gücündə zəlzələ olub

Sentyabrın 27-də Yaponiyanın Şizuoka prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 13:13 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri prefekturanın Seybu rayonunda, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Yeraltı təkanlar, həmçinin qonşuluqda yerləşən Naqano, Aiçi, Yamanaşi və Qifu prefekturalarında da hiss edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə