Kolumbiyada atışma, üç nəfər ölüb

Kolumbiyanın qərbində baş verən atışma nəticəsində ən azı üç nəfər ölüb. SİA "TASS"a istinadən xəbər verir ki, bu barədə "La FM" radiostansiyası məlumat yayıb. Qeyd olunub ki, hadisə şənbə günü səhər Tumako bələdiyyəsinin ərazisində baş verib. Atışma cinayətkar qruplar arasında başlayıb. Nəticədə üç nəfər ölüb, daha iki nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Silahlı insidentlə bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...