Pakistanda COVID-19-dan həyatını itirənlərin sayı 6,4 min nəfərə çatıb

Son sutkada Pakistanda COVID-19 infeksiyasına 566 nəfər yoluxub, belə pasiyentlərin sayı 309 min 581 nəfərə çatıb.

SİA Pakistan mətbuatına istinadla xəbər verir ki, sutka ərzində COVID-19-dan 7 nəfər həyatını itirib. Bununla da həyatını itirənlərin sayı 6 min 444 nəfər olub.

Qeyd edilir ki, xəstəxanalarda 7 min 797 pasiyent var, onlardan 576-nın vəziyyəti ağırdır.

Pandemiya dövründə 293 min 333 xəstənin sağaldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə