"Huawei"in fabrikində baş verən yanğında 3 nəfər ölüb

Çinin iri telekommunikasiya şirkəti olan "Huawei"in Donquan şəhərindəki fabrikində baş verən yanğında 3 nəfər ölüb.

SİA şirkətin açıqlamasına istinadən xəbər verir ki, hadisə ötən gün fabrikin ərazisində inşası davam edən binada baş verib. Dərhal hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Bir neçə saat sonra yanğın nəzarət altına alınıb. Hadisə yerindən tapılan meyitlər şirkətin əmlakın idarəedilməsi departamentinin əməkdaşlarına məxsusdur.

Yanğının səbəbi hələlik məlum deyil. Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə