Yaponiyada daha 2 AES-də sızma qeydə alınıb

Yaponiyada daha 2 AES-də sızma qeydə alınıb

Yaponiyada daha 2 AES-də sızma qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, stansiya Yaponiyanın qərb sahilindəki Fukui prefekturasında yerləşir. AES-in operator şirkəti "Japan Atomic Power Co."nun verdiyi açıqlamaya görə, sızıntı mayın 8-də olub və onun səbəbləri hələ məlum deyil. Bir qədər əvvəl isə "Hamaoka" AES-inin operator şirkəti "Chubu Electric Power" təhlükəsizliyin təminatı məqsədilə stansiyanın fəaliyyətini dayandırıb.

 

Həmçinin "Fukusima-1" atom-elektrik stansiyasının 6 reaktorundan beşinin nəzarət zallarında işıqlandırma bərpa edilib. Yalnız daha çox zərər çəkmiş 4-cü enerji bloku işıqsız qalır. Əsas hədəf hələ də qəza vəziyyətində olan reaktorların sərinlədilməsidir. Mütəxəssislər 1, 2 və 3-cü reaktorlara preslənmiş su səpməyə hazırlaşırlar. Daha əvvəl isə bu məqsədlə duzlu dəniz suyundan istifadə edilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə