Saxta tibbi məhsulların satışı ilə məşğul olan 120-dən çox şəxs saxlanılıb

"Mart ayında 90 ölkə üzrə eyni vaxtda "Panqea" adı altınta keçirilən xüsusi əməliyyat zamanı internetdə saxta tibbi məhsulların satışı ilə məşğul olan 120-dən çox şəxs nəzarətə alınıb". APA xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İnterpol Milli Mərkəz Bürosunun rəhbəri, polis general-mayoru Aleksandr Prokopçuk TASS-a verdiyi müsahibədə bildirib. A.Prokopçuk qeyd edib ki, əməliyyat nəticəsində 14 milyon dollarlıq antiviral dərmanlar və tibbi maskalar daxil olmaqla, digər saxta tibbi məhsullar ələ keçirilib: "Əməliyyat ÜST-nin koronavirusu pandemiya elan etdiyi bir vaxta təsadüf etdiyindən xüsusi əhəmiyyət kəsb edir". Polis generalı əlavə edib ki, təkcə Rusiyada sosial şəbəkələrdə 4 mindən çox şübhəli sayt və səhifə yoxlanılıb, narkotik və tibbi cihazların qanunsuz satışı ilə məşğul olan 2 mindən çox sayt aşkarlanıb: "Bununla bağlı 87 cinayət işi, 1100-dən çox inzibati yoxlama başlanılıb. Qanunsuz fəaliyyətə görə 34 nəfər saxlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...