Türkiyədə COVID-19 peyvəndinin sınaqdan keçirilməsi üçün ikinci mərkəz yaradılıb

Türkiyədə COVID-19-a qarşı peyvəndin sınaqdan keçirilməsi üçün ikinci mərkəz ölkənin Kocaeli Universitetinin Tibb Fakültəsi Xəstəxanasında yaradılıb. SİA xəbər verir ki, burada ilkin mərhələdə yüksək yoluxma riski altında olan 10 könüllü səhiyyə işçisi peyvənd edilib. Mərkəzdə hər gün on nəfər olmaqla, ümumilikdə 550 nəfərə peyvəndin vurulması nəzərdə tutulur. Bu istiqamətdə ilk mərkəz ölkənin Hacettepe Universitetində fəaliyyətə başlayıb. Mərkəzdə ilk peyvəndlər ötən həftə yüksək yoluxma riski altında olan 20 könüllü səhiyyə işçisinə tətbiq olunub. Onlarda indiyədək heç bir mənfi təsir aşkarlanmayıb. Peyvənd tətbiq edilən şəxslərin bir il nəzarətdə saxlanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...