Mobil telefon gənc qızın qatilinə çevirilib

Fransanın Marsel şəhərində bədbəxt hadisə baş verib. SİA xarici mətbuata xəbər verir ki, mobil telefonu ilə hamamda çimmək istəyən 15 yaşlı qız həyatını itirib.

Gənc fransalı telefonu elektrik şəbəkəsinə qoşaraq vannaya uzanıb.

Lakin, gözlənilmədən yüklənmədə olan cihaz suyun içinə düşüb.

Nəticədə qız güclü cərəyan zərbəsi alıb.

Qız xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...