Belarusda yenidən qarışıdurma - Saxlanılanlar var

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçməsini protest etmək üçün ölkə miqyasında təşkil edilən etiraz aksiyalarında 364 nəfər saxlanılıb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova bildirib.

Sözçü qeyd edib ki, ötən gecə ölkənin 59 bölgəsində keçirilən aksiyalara 5 minə yaxın insan qatılıb.

Etirazlar aqressivləşib və sadə vətəndaşlar asayiş keşikçiləri ilə açıq münaqişəyə girib. Polisə fiziki zərər vermək üçün daş və digər sərt maddələrdən istifadə olunub. Nəticədə hüquq-mühafizə orqanları əməkdaşlarından yaralananlar olub.

Vitebsk şəhərində naməlum şəxslər ətrafa sivri ucluqlu metallar saçıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə