Makron bilək bükmək istəyirdi, amma... - Egemen Bağış

Aralıq dənizinin şərqində başda Yunanıstan olmaqla bir sıra Avropa ölkələrini öz tərəfinə çəkərək Türkiyəni təcrid etməyə çalışan Fransa prezidenti Emmanuel Makron hədəfinə çata bilmədiyi üçün geri çəkildi və Prezident Ərdoğanla görüş tələb etdi. Türkiyənin Praqadakı səfiri Egemen Bağış dünən gecə təşkil edilən toplantı ilə əlaqədar diqqətəlayiq şərhlər edib. SİA-nın məlumatına görə, Kanal7-nin xarici xəbərlər müdürü Taha Dağlıya açıqlamasında Egemen Bağış bildirib ki, "Makron bilək bükmək istəyirdi, bükə bilmədi.

Makron Merkelin ardından Avropada liderlik etmək istəyirdi və Türkiyə ilə savaşaraq prezident Ərdoğanı hədəf göstərməklə Avropada populyarlıq qazana biləcəyini düşünürdü, lakin ondan əvvəl də bunu etmək istəyən digər fransız liderlər var idi. Bir zamanlar Sarkozi də bu addımları atmışdı, heç biri bacarmadı. Makron da bunu edə bilməyəcəyini anladı və dünən etibarilə münasibətləri yoluna qoymaq üçün addımlar atdı. Prezidentimiz də böyüklük göstərib onun telefon zəngini qəbul etdi".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə