İran beynəlxalq sanksiyalardan yayınmaq üçün saxta şirkətlərdən istifadə edir. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu sözlər BMT-nin ekspert qrupunun İranla bağlı açıqlamasında yer alıb. Açıqlamaya görə, tətbiq edilən sanksiyalar İranın nüvə və raket proqramları üçün lazım olan materialları əldə etməsini çətinləşdirir və onu risk qarşısında qoyur: "İran isə dəniz daşınmalarını, maliyyə əməliyyatlarını, adi silahların ötürülməsini gizlətmək üçün saxta şirkətlərdən istifadə edərək sanksiyalardan yayınır. İran uranı zənginləşdirməkdə, ağır suyu istehsal etməkdə, ballistik raketləri hazırlamaqda və onları təcrübədən keçirməkdə davam edir və qadağa qoyulan malları alır".
Avropa Birliyi aprelin 12-də İranın 32 rəsmisinə sanksiya qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB