ABŞ-ın Kaliforniya ştatında benzin mühərrikli yeni avtomobillərin satışı qadağan edəcək

ABŞ-da Kaliforniya ştatının hakimiyyəti benzin mühərrikli yeni avtomobillərin satışını 2035-ci ildə qadağan edəcək.

Bu barədə Kaliforniya qubernatoru Gevin Nyusom açıqlama verib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, məlumat Twitter-də yayımlanıb.

"Uzun müddətdir ki, avtomobillərin uşaqlarımızın və yaxınlarımızın işlənmiş qazlarla nəfəs aldıqları havanı çirkləndirməsinə icazə verdik. Uşaqlarımızda astmaya səbəb olmayan avtomobillərə ehtiyacımız var", - qubernator deyib.

Onun sözlərinə görə, Dövlət hava qoruma şurası 2035-ci ilədək ştatda satılan bütün yeni avtomobillərin atmosferə karbon dioksid yaymasının qarşısını alan qaydaları hazırlayacaq və 2045-ci ilə kimi bu qaydalar orta və ağır yük daşıyan maşınlarına şamil ediləcək. Qaydalar eyni zamanda yerli sakinlərinin benzinlə işləyən avtomobillərə sahib olmasını və ya istifadə edilmiş maşınlarını satmasını qadağan etməyəcək.

Kaliforniya ştatı ABŞ-da satılan avtomobillərin ümumi həcminin 11 faizini təşkil edən ən böyük avtomobil bazarıdır. Qubernatorun təşəbbüsü planı real hesab etməyən avtomobil və neft şirkətlərinin etirazı ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...