Kolumbiyada düyü zavodunda baş verən qəzada ən azı 5 nəfər həlak olub

Kolumbiyada düyü zavodunda baş verən qəzada ən azı beş nəfər həlak olub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə La FM radiostansiyası məlumat verib.

Məlumata görə, hadisə Puerto Lopes bələdiyyəsində (Meta mərkəzi departamenti) baş verib. İçində 100 tondan çox düyü olan bunker işçilərin üzərinə çöküb. Beş nəfər yerindəcə ölüb.

Səlahiyyətlilət hadisə ilə əlaqədar istintaq aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə