Mərakeş turizmi cari ildə COVID-19 pandemiyası səbəbindən 2 milyard dollar itirib

Mərakeş Krallığının İqtisadiyyat və Maliyyə Nazirliyinin nəzdindəki Tədqiqat və Maliyyə Proqnozları İdarəsi 2020-ci ilin ilk yeddi ayının sonunda turizm sektorunun COVID-19 pandemiyası nəticəsində təxminən 2 milyard dollar itirdiyini və gəlirlərin 44,1 faiz azaldığını bildirib.

SİA xəbər verir ki, 2020-ci il iyun ayının sonunda Mərakeşə gələn turistlərin sayı keçən ilə nisbətən 63 faiz azalıb.

Pandemiya səbəbindən ölkə valyuta gəlirlərinin 60 faizini itirib. Bundan başqa, Mərakeşin turizm sektorunda çalışanların 50 faizi işlərindən məhrum olub.

COVID-19 böhranının turizm sektoruna mənfi təsirlərini azaltmaq və bu sahənin inkişafını təmin etmək üçün avqust ayında 2020-2022-ci illəri əhatə edən proqram qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...